Yasamalda qəza: maşın vuran 26 yaşlı gəncin vəziyyəti ağırdır

Yasamalda qəza: maşın vuran 26 yaşlı gəncin vəziyyəti ağırdır

Yasamal rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol - nəqliyyat hadisəsi baş verib.

GunAz.az xəbər verir ki, 286 nömrəli orta məktəbin yaxınlığında yolu keçmək istəyən 1993-cü il təvəllüdlü Abdullayev Saleh İkram oğlunu avtomobil vurub.

Yaralı dərhal xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

скачать dle 12.1
Geri qayıt