Polislə sürücü arasındakı dava ilə bağlı – Rəsmi açıqlama

Polislə sürücü arasındakı dava ilə bağlı – Rəsmi açıqlama

Sosial şəbəkələrdə yol polisi ilə sürücü arasında yaranan mübahisənin təfərrüatları Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) araşdırılır.

Bu barədə GunAz.az-a BŞBPİ-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, araşdırmanın nəticəsilə bağlı geniş məlumat veriləcək.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə sürücü ilə yol polisi arasında baş verən mübahisənin videosu yayılıb. Görüntülərdə sürücünün polisi ağır ifadələrlə təhqir etdiyi, polisin böyük səbr nümayiş etdirdiyi əks olunub.

скачать dle 12.1
Geri qayıt