Əhməd Qəşəmoğlu:"Bu istiqamətdə hər kəsin əməyini təqdir etməmiz vacibdir"

Əhməd Qəşəmoğlu:"Bu istiqamətdə hər kəsin əməyini təqdir etməmiz vacibdir"

 Azərbaycan Dövlət Pedoqoji Kollecinin gənc müəllimləri ilə söhbətimiz oldu. Onlar böyük həvəslə Kollecin yeni rəhbəri İsrail İsgəndərovun həmin Kollecdə rüşvətin kökünü necə kəsməyindən danışdılar.

Çox sevindim. İnanıram ki, rüşvət olmayan yerdə mənəvi dəyərlər ön plana çıxacaq və bu da Kollecdə başqa problemlərin də ahəngdar şəkildə həllinə kömək edəcəkdir. Bu Kollec Pedoqoji Universitetin strukturuna daxildir. Deməli Universitetin rektoru, dəyərli ziyalımız Cəfər Cəfərovun rüşvətə qarşı götürdüyü xətt hörmətli İsrail müəllimə də belə bir şərait yaratmağa kömək edib. Təhsil sistemimizin rüşvət kimi biabırçı və təhlükəli bir bəladan qurtarmasına kömək edən bütün insanlarla birlikdə Cəfər müəllimə və İsrail müəllimə təşəkkür edir və onlara böyük uğurlar arzulayıram. Bu istiqamətdə fəaliyyəti olan hər kəsin əməyini təqdir etməmiz vacibdir.

Əhməd Qəşəmoğlu
скачать dle 12.1
Geri qayıt