Goranboyda dəhşətli qəza: ölən və yaralananlar var

Goranboyda dəhşətli qəza: ölən və yaralananlar var

Goranboy rayonunda ağır yol qəzası baş verib.

GunAz.az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə Goranboy-Borsunlu-Veyisli yolunda baş verib.

"VAZ-2107" markalı avtomobil yük maşınının altına girib.

Qəza nəticəsində 1955-ci il təvəllüdlü Rasim Əhmədov hadisə yerindəcə dünyasını dəyişib.  "VAZ-2107" avtomobilində olan sərnişinlər - Tərtər rayon sakinləri 1960-cı il təvəllüdlü Rüstəmov Natiq Qulu oğlu, 1956-cı il təvəllüdlü Babayev Ədalət Əhməd oğlu, Rüstəmova Şahnaz Məmməd qızı və Əlizadə Şövkət Taleh qızı ağır vəziyyətdə Goranboy Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər.

Hazırda qəzanın səbəbləri dəqiqləşdirilir.

скачать dle 12.1
Geri qayıt