Sumqayıtda zavod yanır

Sumqayıtda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən GunAz.az-a verilən ilkin məlumata əsasən, İnşaatçılar qəsəbəsində zavod ərazisində təkər tullantıları yanır.
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.