Şimal bölgəsində güclü küləyə görə “Azərişıq”ın texnikası hazır vəziyyətə gətirilib

Şimal bölgəsində güclü küləyə görə “Azərişıq”ın texnikası hazır vəziyyətə gətirilib

Hazırda Şimal bölgəsində (Yalama, Xaçmaz, Xudat) başlanan güclü küləyin yarada biləcəyi qəza hallarının qarşısını almaq üçün “Azərişıq” ASC-nin əməkdaşları və texnikası hazır vəziyyətdədir.

Bunu GunAz.az-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayev vurğulayıb ki, “Azərişıq”ın Şimal Regional Enerji Təchizatı və Satışı idarəsinin (RETSİ) əməkdaşları bütün əlavə mal-materiallarla təchiz olunub:

“Baş verə biləcək hər-hansı kəsinti yaxud qəzanın fəsadlarını aradan qaldırmağa çalışacağıq”.

скачать dle 12.1
Geri qayıt