Dənizdə batdığı ehtimal edilən şəxslə bağlı yeni məlumat

Dənizdə batdığı ehtimal edilən şəxslə bağlı yeni məlumat

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Astara rayonunda dənizdə, qeyri-çimərlik ərazidə (nəzarətsiz) 1 nəfərin batması barədə məlumat daxil olub.

GunAz.az FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

Xəzər dənizinin Astara rayonu ərazisində batan şəxsin meyiti tapılıb.

Boğulan şəxs 2003-cü il təvəllüdlü İsmayılov Sahib Rauf oğludur.

S.İsmayılovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

скачать dle 12.1
Geri qayıt