Bakı-İstanbul sərnişin avtobusunda yanğın

Hacıqabul rayonunda Türkiyənin Alpar turizm şirkətinə məxsus avtobusada yanğın baş verib.
Report xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Padar Çöl kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Türkiyə vətəndaşı 43 yaşlı Şenel Ustabaş Feredun sərnişinlə dolu "Mersedes" markalı avtobusla Bakıdan İstanbula hərəkətdə olarkən qəfildən yanğın olub.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub və yanğın söndürülüb. Avtobus Bakıdan İstanbula gedirmiş avtobusdakı sərnişinlər isə avtobusdan düşürdülərək digər avtobusla yola salınıb.