Kürdə batan ikinci qardaşın da meyiti tapıldı - YENİLƏNİB

Kürdə batan ikinci qardaşın da meyiti tapıldı - YENİLƏNİB

Salyan rayonunun Aşağı Noxudlu kəndində Kür çayında batdığı ehtimal olunan 2006-cı il təvəllüdlü Sadıqov Ramal Seymur oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, R.Sadıqovun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

10:09

Dünən Kür çayında batan iki qardaşdan birinin meyiti tapılıb.

GunAz.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, Salyanın Aşağı Noxudlu kənd sakini, 2003-cü il təvəllüdlü Rəvan Seymur oğlu Sadıqovun meyiti FHN-in dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 5 kilometr aralıda tapılaraq təhvil verilib.

Hazırda dalğıc-xilasedicilər tərəfindən 2006-cı il təvəllüdlü Ramal Sadıqovun meyitinin tapılması istiqamətində axtarışlar davam etdirilir.

скачать dle 12.1
Geri qayıt