İran ABŞ-ı təkzib etdi: Hücum etməmişik
İran qəti şəkildə Oman körfəzindəki tankerlərlə bağlı insidentdə ABŞ-ın irəli sürdüyü ittihamları təkzib edir.
GunAz.az xəbər verir ki, bu məlumatı İranın BMT-dəki Daimi Nümayəndəliyi yayıb. İran nümayəndəliyi ABŞ-ın ittihamlarını əsassız adlandıraraq, bu hücumu ən qəti şəkildə qınadığını bildirib.
Qeyd edək ki, bundan öncə ABŞ İranı Oman körfəzindəki tankerlərə hücum etməkdə ittiham edib.