Pakistanda baş vermiş partlayışda 4 əsgər ölüb

Pakistanda baş vermiş partlayışda 4 əsgər ölüb

Pakistanın şimal-qərbindəki Hayber-Paxtuntxva əyalətində partlayış nəticəsində azı dörd hərbçi həlak olub, daha 4-ü  yaralanıb. GunAz.az xəbər verir ki, bu barədə "Geo TV" Pakistan ordusunun mətbuat xidmətinə istinadən məlumat yayıb.

"Terrorçular əldəqayırma bomba ilə hərbçiləri daşıyan avtomobili partladıb. Üç zabit və bir əsgər həlak olub, daha dörd əsgər yaralanıb", məlumatda deyilir.

Hadisəyə görə, hələ ki heç bir terror təşkilatı məsuliyyəti üzərinə götürməyib.

скачать dle 12.1
Geri qayıt