Dağıstanda avtomobili 50 metrlik hündürlükdən uçuruma yuvarlanıb

Dağıstanda  avtomobili 50 metrlik hündürlükdən uçuruma yuvarlanıb

Dağıstanda UAZ avtomobili 50 metrlik hündürlükdən uçuruma yuvarlanıb. GunAz.az Rq.ru-ya istinadən xəbər verir ki, avtomobildə sürücü və 4 sərnişin olub.

Avtomobilin sürücüsü hadisə yerində həlak olsa da sərnişinlər yaralanıb.

Regional Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qəza 8 iyuna keçən gecə  Suntinski rayonunda baş verib. 

Yaralılar yerli sakinlər və xilasedicilər tərəfindən xilas edilib.

Xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır.

скачать dle 12.1
Geri qayıt