Bu il Vergilər Nazirliyinin xətti ilə büdcəyə 3,1 milyard manat daxil olub
Cari ilin ilk 5 ayında Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmaları 3 milyard 138 milyon manat təşkil edib ki, bu da proqnozdan 286,5 milyon manat çoxdur.
GunAz.az xəbər verir ki, bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
2019-cu ilin yanvarından sosial ödənişlərin və işsizlikdən sığorta haqlarının hesabatlılığının Vergilər Nazirliyinə verildiyini söyləyən nazir müavini bu sahədən toplanmış vəsaitləri də açıqlayıb: "Bu ilin ötən 5 ayı ərzində Dövlət Sosial Müdafiə Fonduna 1 milyard manatdan çox vəsait daxil olub ki, bu da proqnozdan 130 milyon manat çoxdur. Proqnoz tapşırığına isə 114 faiz əməl edilib".
