Simonyanı çətin sual qarşısında “doğuş sancısı” tutdu

Simonyanı çətin sual qarşısında “doğuş sancısı” tutdu

RT kanalının baş redaktoru Marqarita Simonyan “Exo Moskva” radiosunda qonaq olduğu verilişdən sonra çıxışda Moskva Dumasına seçkilərdə namizəd olan Lyubov Sobolla baş vermiş insident nəticəsində xəstəxanaya müraciət edib.

GunAz.az xəbər verir ki, Rusiya mətbuatı Simonyanın yaşananlardan keçirdiyi stresə görə uşağını itirmək təhlükəsi yaşadığını yazıb.

Məlumata görə, veriliş bitdikdən sonra Sobol Simonyana yaxınlaşaraq, ona suallar ünvanlayıb. Sobol Simonyandan Moskva meri Sergey Sobyaninin tabeliyindəki şəxslərə ev paylaması barədə sualı cavablandırmasını istəyib. Sobolun telefonunun kamerası ilə çəkiliş apardığı hadisə zamanı Simonyan suallara cavab verməkdən imtina edib.

Bu hadisədən bir qədər sonra isə Rusiya mətbuatında Simonyanın “keçirdiyi stresə görə” xəstəxanaya çatdırıldığı və hamilə qadının uşağını itirmək ehtimalı olduğu yazılıb.

Lakin sosial şəbəkə istifadəçiləri Simonyanın özünü “qurban” kimi qələmə vermək cəhdini birmənalı qəbul etməyib. Belə ki, bir çox istifadəçilər Simonyanı “aktrisalıq qabiliyyəti”nə görə yüksək qiymətləndirdiyini yazıb. Sözügedən insident zamanı baş verən dialoqda heç bir kobudluq və ya qanun pozuntusu olmadığı fikrini müdafiə edən sosial şəbəkə istifadəçiləri cavab verməkdən yayınan erməni qadının “uşağını itirmək” xəbərini də kəskin tənqid edib. Onlar Simonyanın hamilə olduğu halda işinin başında olmasına baxmayaraq, kiçik bir insidentə görə xəstəxanaya müraciət etməsini kinayə ilə qarşılayıblar.

Bir sıra istifadəçilər isə Simonyanın mənsub olduğu xalqın əksər üzvləri kimi davrandığını və özünü biabır etdiyini qeyd edib.

N.SAFURA

скачать dle 12.1
Geri qayıt