"Dövlət Aqrar Ticarət Şirkəti" fermerlərə müraciət edib

"Dövlət Aqrar Ticarət Şirkəti" fermerlərə müraciət edib

Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Dövlət Aqrar Ticarət Şirkəti" MMC fermerlərə müraciət edib.

GunAz.az-ın məlumatına görə, "Dövlət Aqrar Ticarət Şirkəti"nin rəhbəri Leyla Məmmədova bildirib ki, şirkət yerli istehsalçıları Azərbaycanın regionlarında keçirilən yarmarkalarda özünün istehsal etdiyi məhsullarla iştirak etməyə çağırıb.

O bildirib ki, bu yarmarkalarda iştirak etməkdə maraqlı olan fermerlər bölgələrdəki Dövlət Aqrar İnkişaf Mərkəzlərinə müraciət edə bilərlər.

O qeyd edib ki, yarmarkada iştirak etmək istəyən fermerlər "Dövlət Aqrar Ticarət Şirkəti"nin rəsmi saytı vasitəsilə (https://agrotrade.gov.az/az/fair) və ya 050 400 88 99 nömrəsinə zəng etməklə qeydiyyatdan keçə bilər. Bundan başqa fermerlər öz rayonunda yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinə də müraciət edə bilərlər.

скачать dle 12.1
Geri qayıt