Hər 5 gürcüdən biri yoxsuldur – Rəsmi

Hər 5 gürcüdən biri yoxsuldur – Rəsmi

3.7 milyon əhalisi olan Gürcüstanda hər 5 nəfərdən biri mütləq yoxsulluq həddində yaşayır.

GunAz.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti informasiya yayıb.

Ötən il 2017-ci illə müqayisədə ölkədə mütləq yoxsulluq həddi 1.8 faiz azalaraq 20.1 faizə enib.

Mütləq yoxsulluq həddində yaşayanları böyük əksəriyyəti kənd sakinləridir (23.1 faiz). Şəhərlərdə isə bu göstərici 18 faizə bərabərdir.

N.SAFURA

скачать dle 12.1
Geri qayıt