"Azərbaycanlılar tamhüquqlu vətəndaş olmaq istəyirlərsə..."
Gürcüstanda yaşayan azərbaycanlılar gürcü dilini öyrənməlidirlər.
Yeniavaz.com xəbər verir ki, bu sözləri Gürcüstan prezidenti Salome ZurabişviliTbilisidə keçirilən konfransda deyib.
Gürcüstan Prezidenti bildirib ki, Gürcüstanda yaşayan azərbaycanlıların tamhüquqlu vətəndaş olmaları üçün dövlət dilini bilməlidirlər.
Salome Zurabişvili qeyd edib ki, gürcü dili milli azlıqların doğma dili kimi və inteqrasiya üçün əsas element olmalıdır: "Gürcüstan tolerant ölkədir və milli azlıqların adət-ənənələri, mədəniyyəti və dili burada qorunur".
