Atəşkəs günü yaralanan gizir - Qarabağ qazisi xatirələrini bölüşür
25 il əvvəl Qarabağ cəbhəsində bağlanmış atəşkəs müqaviləsi üç il davam etmiş aktiv döyüşlərə son qoydu.
Həmin dönəmlərdə internetin olmaması, rabitənin düzgün şəkildə təşkil olunmamasına görə atəşkəs barədə məlumat ön cəbhəyə yalnız bir neçə gündən sonra gedib çatdı. Bu müddət ərzində təmas xəttində qızğın döyüşlər gedirdi, insanlar həlak olurdu. Atəşkəs müqaviləsinin bağlandığı gün, 12 may 1994-cü ildə Tərtər rayonunun Seysulan kəndi yaxınlığında gedən döyüşdə Azərbaycan ordusunun giziri Pyotr Kuvşinov ağır yaralanıb.
GunAz.az-ın müsahibi keçirdiyi son döyüş və müharibə ilə zərif sülhün fərqi barədə danışıb.
Bakıda doğulmuş Pyotr Kuvşinov uzun illər “Qırmızı bayraq Xəzər flotiliyası donanması”nın idman klubunda su polosu ilə məşğul olub. “KKF”in heyətində çempion olub, SSRİ silahlı qüvvələri kubokuna sahib olub, ölkə çempionatında yüksək yerlər tutub, SSRİ xalqlarının spartakiadasında iştirak edib.
İdman sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycan rəhbərliyinin diqqətindən kənarda qalmayıb. “Xeyirdə də, şərdə də bir yerdə” kəlamını əsas tutaraq, 1992-ci ilin avqust ayında könüllü olaraq Qarabağa – cəbhə xəttinə yollanıb.
