3 may "TÜRKÇÜLÜK GÜNÜ"dür

3 may "TÜRKÇÜLÜK GÜNÜ"dür

Bildiyimiz kimi hər ilin 3 MAY günündə "TÜRKÇÜLÜK GÜNÜ" kimi qeyd olunur.

Gunaz.az xəbər verir ki, İrqçilik-Turançılıq iddiasının səbəblərindən biri olaraq göstərilən Hüseyn Nihal Atsız - Sabahattin Ali iddiasının 3 may 1944-ci il tarixli duruşmasından sonra yaşanan "Ankara nümayişi"ni xatırlamaq məqsədilə, ilk dəfə 3 may 1945-ci tarixində Topxana əsgəri həbsxanasında Nihal Atsız, Zeki Velidi Togan, Nejdet Sancar və Reha Oğuz Türkkan başda olmaq üzrə 10 məhkum tərəfindən qeyd olunmuşdur. Daha sonrakı illərdə də davam edən toplantılar Türkçülük Günü adını almışdır.

Nədənsə hər il olduğu kimi bu ildə bu bayram çox susqunluqla keçır, bəlkə də çoxlarının yadına düşmür. Bunun üçün heç olmasa bir az fəallığımızı artırmalıyıq.

Türkçülük Günümüz qutlu olsun! Tanrı Türkü və Onu sevən, hər kəsi qorusun!

скачать dle 12.1
Geri qayıt