Yeni yaradılan robot müstəqil ürək əməliyyatı edə bilir

Yeni yaradılan robot müstəqil ürək əməliyyatı edə bilir

ABŞ-da, Boston Uşaq Klinikasının əməkdaşları bədəndə müstəqil olaraq cərrahiyyə əməliyyatı apara bilən, tibbi və texniki səhvləri etmə ehtimalını azaldan sistem hazırlayıblar.

“The Daily Mail” xəbər verir ki, alimlər artıq bu naviqasiya-katater sistemini donuzlar üzərində müvəffəqiyyətlə sınaqdan keçiriblər. Həmin sistem robot-cərrahın müstəqil ürək əməliyyatı həyata keçirməsinə imkan verib.

Bildirilir ki, bu sistem sayəsində gələcəkdə insan müdaxiləsi olmadan çoxsaylı əməliyyatları dəqiqliklə həyata keçirmək mümkün olacaq.

скачать dle 12.1
Geri qayıt