Bu il bərpa mərkəzlərində 2279 şəxsə reabilitasiya xidmətləri göstərilib

Bu il bərpa mərkəzlərində 2279 şəxsə reabilitasiya xidmətləri göstərilib

2019-cu ilin birinci rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa mərkəzlərində 2279 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa reabilitasiya xidmətləri göstərilib.

Nazirlikdən GunAz.az-a verilən məlumata görə, onlardan 1829-u stasionar, qalanları isə ambulator şəraitdə bərpa xidmətləri ilə təmin ediliblər.

Qeyd olunan insanların sağlamlıqlarının bərpası üçün fizioterapevtik müalicə prosedurları əsasında kompleks bərpa-müalicə işləri aparılıb.

скачать dle 12.1
Geri qayıt