Bakıda dönərdən zəhərlənən tələbələrdən xəbər var

Bakıda dönərdən zəhərlənən tələbələrdən xəbər var

Bakının Nərimanov rayonunda, Əhməd Rəcəbli küçəsi 21 ünvanında yerləşən “Köz dönər” kafesində dönər yeyən yeddi nəfər zəhərlənib.

Səhiyyə Nazirliyindən GunAz.az-a verilən məlumata görə, həmin şəxslər Kliniki Tibbi Mərkəzə (KTM) aparılıb:

“Həmin şəxslərdən ikisi 18 yaşına çatmadığı üçün 2 saylı Əbülfəz Qarayev adına uşaq klinik xəstəxanasına yerləşdirilib. Beş nəfər isə KTM-in yoluxucu xəstəliklər şöbəsinə aparılıb. KTM-ə yerləşdirilən üç nəfər artıq evə buraxılıb”.

“Qalan xəstələrin ümumi vəziyyəti yaxşıdır. Zəhərlənənlərin həyati təhlükəsi yoxdur”, - deyə nazirlikdən qeyd edilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən GunAz.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır:

“Sahibkarlıq subyektindən götürülən nümunələr laboratoriyalara təqdim olunub. Nəticələrlə bağlı ictimaiyyətə geniş məlumat veriləcək”.

N.SAFURA

скачать dle 12.1
Geri qayıt