"Hacı Zeynalabdin Tağıyevə heykəl qoyulması ilə bağlı təkliflər hazırlanır"

"Hacı Zeynalabdin Tağıyevə heykəl qoyulması ilə bağlı təkliflər hazırlanır"

Bakıda görkəmli ziyalılarmıza heykəl qoyulması ilə bağlı dövlət başçısının tapşırığı var.

GunAz.az report-a istinadən xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

Onun sözlərinə görə, hazırda mütəxəssislər, memarlar bununla bağlı təkliflər hazırlayır: "Bir sözlə, proses başlayıb. Bunlardan biri də Hacı Zeynalabdin Tağıyevə heykəl qoyulmasıdır. Hazırda memarlar təkliflərini hazırlayır, yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək".

скачать dle 12.1
Geri qayıt