Azərbaycanda şöbə müdiri vəzifəsinə təyinat
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri vəzifəsinə təyinat olub.
GunAz.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 7-də bununla bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Surə Namidar qızı Seyid Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri təyin edilib.
Qeyd edək ki, S.Seyid bundan əvvəl Naxçıvan Dövlət Universitetində kafedra müdiri və prorektor vəzifələrində çalışıb.