Baş nazir tikinti qaydalarında dəyişiklik etdi.

Baş nazir tikinti qaydalarında dəyişiklik etdi.

“Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”na dəyişikliklər edilib. Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. 

 

GunAz.az xəbər verir ki, qərara görə, Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın (Reyestrə daxil edilən məlumatların tərkibi) 3.1.1.5-ci yarımbəndindən sonra aşağıdakı məzmunda yeni yarımbənd əlavə edilib:

“3.1.1.6. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində nəzərdə tutulmuş fəaliyyət növlərinə dair ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi və dövlət ekoloji ekspertizasının rəyi”.

 

N.SAFURA

скачать dle 12.1
Geri qayıt