Həftənin ilk iş gününə olan HAVA PROQNOZU açıqlandı

Həftənin ilk iş gününə olan HAVA PROQNOZU açıqlandı

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən GunAz.az-a verilən məlumata görə Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. 

 

Gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. 

 

Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. 

 

Havanın temperaturu  gecə 3-5° isti, gündüz  7-9° isti,

Bakıda gecə 3-5° isti, gündüz  7-9° isti təşkil edəcək.

Atmosfer  təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək. 

Nisbi rütubət gecə 80-90 %,  gündüz  60-70 % olacaq. 

 

Azərbaycanın rayonlarında 

 

Gün ərzində bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Böyük Qafqazın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Gecə və səhər ayr-ayrı yerlərdə duman. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz  3-7° isti  təşkil edəcək. 

 

N.SAFURA

 

 

скачать dle 12.1
Geri qayıt