Soyqırım törənən yerdi Xocalı

Soyqırım törənən yerdi Xocalı

Soyqırım törənən yerdi Xocalı

 

Toplardan o gecə mərmi atıldı,

Xainlər düşmənə  necə satıldı.

Əzəli torpağım yada qatıldı,

Odlara qalandı yurdum Qaralı,

Soyqırım  törənən yerdi Xocalı.

 

Ruslar erməniylə hücum etdilər,

Hər alçaq işlərə birgə getdilər,

Qırğını törədib, qaçıb itdilər,

Qarda donmuş şəhid, neçə yaralı,

Dağlar qan ağladı, yandı Xocalı.

 

Saqqallı canilər kəndə darışdı,

Xocalı fəryadı ərşə qarışdı,

Şəhər bir gecədə yandı, alışdı,

Körpələr döşənib yerdə saralı,

Soyqırım törənən yerdi Xocalı.

 

O gecə Qarqar da qan ağlayırdı,

Ruhlardan ayrılan can ağlayırdı,

Ah çəkən ahlar da can dağlayırdı,

Qovdular meşəmdə ceyran, maralı,

Soyqırım törəndi, yandı Xocalı.

 

İnsanı ağactək edib qol-budaq,

Bədəndən ayrılan baş, ayaq, qulaq,

Nə qədər qırıblar, gör qalaq-qalaq,

Analar baladan qaldı aralı,

Soyqırım törənən yerdi Xocalı.

 

Anası erməni, satqın, qurumsaq,

Sirrini verirdin dayına, sarsaq.

Yaram sağalsa da, qopardın qaysaq,

Qaçmağa kimsənin oldu macalı,

Soyqırım törənən yerdi Xocalı.

 

 

***

 

Xocalı faciəsi

 

Xocalı, Soyqrım! İlahi görən,

Yer üzündə belə gəzmək olarmı?

Süngüyə sancılan körpəni görən,

Yaşamaq olarmı, dözmək olarmı?

 

İsməti tapdanan qızlar, gəlinlər,

Dərisi soyulan kişilər, ərlər,

Şirtək döyüşərək ölən  əsirlər,

Qəddini dik tutub gəzmək olar?

 

Balanı yandırdı ana yanında,

İt qanı axırdı “hayem” qanında,

Əsir nə gündədir, yarım canında,

Qansız alçaqları əzmək olarmı?

 

Xocalı dayandı, məğrur yaşadı,

Onlar ürəkliydi, xalqla qoşaydı,

İgid qanları da aşıb-coşardı,

Şeytan hiyləsinə dözmək olarmı?

 

Dəhşətli o gecə düşdü yadıma,

Xocalı gətirdi pənah Ağdama,

Qoçaq Alı (1) yetdi girov dadına,

Erməni gözündən Allah, qan dama,

Əsl soyqrımı edib Ağdama.

 

Alı - hamımızın Ali deyə müraciət etdiyimiz igid sərkərdə, Naxcıvanik Aranzəmin yuksəkliyini düşməndən azad edərkən şəhidlik zirvəsinə yuksəlmiş  batalyon komandiri, Azərbaycanın Milli Qəhrəmanı  Allahverdi Bağırovun  rəhbərliyi ilə minlərlə əsir düşən Xocali sakini, vəhşi, qansız erməni  işgəncəliyindən  azad edildi və minlərlə şəhidlərimiz  düşməndən alınaraq Ağdamın Uzundərə deyilən ərazisində dəfn edildi.

Bu igidlik o dövrdə əslində vəzifə borcu olan, lakın öz səlahiyyətini yerinə yerirməyən  on xarici işlər nazirliyinin də işini görən belə qeyrətli oğulların xidmətləridir, bu cəsarət  danılmazdır.

Rauf İlyasoğlu

скачать dle 12.1
Geri qayıt