Bu ölkədən Bakıya aviareys açılır?
“Kuwait Airways” yay mövsümündə Bakıya aviareys açmağı planlaşdırır.
GunAz.az xəbər verir ki, bu barədə “Kuwait Airways”in idarə heyətinin sədri Yusuf əl-Casim KUNA agentliyinə müsahibəsində deyib.
O bildirib ki, aviaşirkət iyun ayından başlayaraq Bakı da daxil olmaqla, Avropa və Asiyanın bir neçə şəhərinə uçuşlar həyata keçirməyi nəzərdə tutur.