Şəhid ailələri üçün prezident təqaüdü artırılıb

Şəhid ailələri üçün prezident təqaüdü artırılıb

Prezident İlham Əliyev şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında sərəncam imzalayıb.

GunAz.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncama əsasən, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 2019-cu il fevralın 1-dən 300 manat müəyyən edilib.

Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xatırladaq ki, bu məbləğ əvvəl 242 manat təşkil edib.

скачать dle 12.1
Geri qayıt