İşdən çıxarılan rəisə vəzifə verildi
Daxili İşlər naziri Ramil Usubovun əmri ilə Anar Hüseynov Salyan Rayon Polis Şöbəsinin (RPŞ) İctimai Təhlükəsizlik bölməsinin rəisi vəzifəsinə təyin olunub.
GunAz.az xəbər verir ki, bu barədə Unikal.org -a nazirlikdən məlumat verilib.
Qeyd edək ki, Anar Hüseynov bundan əvvəl Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) cinayət axtarış bölməsinin rəisi olub. Bir müddət öncə o, sözügedən vəzifəsindən azad edilərək sərəncama götürülmüşdü.