Bakının bir hissəsində su olmayacaq

Bakının bir hissəsində su olmayacaq

Bu gün paytaxtın Hövsan qəsəbəsində içməli suyun verilməsi dayandırılıb.

Bu barədə GunAz.az-a “Azərsu” ASC -nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

O bildirib ki, içməli suyun verilməsində yaranan fasilələr ərazidəki borularda aparılan təmir-bərpa işləri ilə əlaqəlidir:

“Təmir-bərpa işləri ilə əlaqədar gün ərzində NZS yaşayış massivi və Hövsan qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq”.

скачать dle 12.1
Geri qayıt