Hərbi Gürcüstan yolu bağlandı: 120 avtomobil yolda qaldı
Şimali Osetiyada Hərbi Gürcüstan yolunun soyuq hava şəraiti səbəbindən müvəqqəti bağlanmasına görə 120 yük avtomobili yolda qalıb.
GunAz.az Rusiya mediasına istinadla xəbər verir ki, Rusiyanın Fövqəladə Hallar Nazirliyi Vladikavkaz-Lars yolundan keçidə 30 noyabr tarixindən məhdudiyyət qoyulacağını açıqlamışdı.
Qeyd edək ki, son bir həftə ərzində Şimali Osetiyada hava şəraiti -4 dərəcədən yuxarı qalxmır.