Naxçıvan Qarnizonu öz gücünü göstərdi

Naxçıvan Qarnizonu öz gücünü göstərdi

Komanda-qərargah hərb oyunlarının planına uyğun olaraq şərti düşmənin silahlı hücumunun dəf edilməsi məqsədilə Əlahiddə Ümumqoşun Ordunun motoatıcı və döyüş təminatı bölmələri praktiki fəaliyyət göstərib.

Bu barədə GunAz.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Yaradılmış tabor taktiki qrupları raket-artilleriya, aviasiya və hava hücumundan müdafiə bölmələri ilə qarşılıqlı əlaqədə şərti düşmənə əks-zərbə endiriblər.

Əməliyyatların aparılması zamanı müasir texnoloji vasitələrdən istifadə edilməklə qərargahlar arasında məlumatlar mübadiləsi tam həcmdə həyata keçirilib.

скачать dle 12.1
Geri qayıt