Əbülfəs Qarayevdən YENİ TƏYİNAT
Mədəniyyət naziri Əbülfəs Qarayevin əmri ilə Cəlil Məlikov Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
Nazirlikdən GunAz.az-a verilən məlumata görə, noyabrın 5-də Beynəlxalq Muğam Mərkəzində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin yeni rəisi kollektivə təqdim olunub.
Qeyd edək ki, Cəlil Bəhram oğlu Məlikov 1984-cü ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Bakı Dövlət Universitetini bitirib. 2007-ci ildən Mədəniyyət və Turizm Nazirliyində, daha sonra Mədəniyyət Nazirliyində müxtəlif vəzifələrdə işləyib. Son təyinata qədər mədəniyyət nazirinin köməkçisi vəzifəsində çalışıb.