Axşam saatlarında hava belə olacaq

Axşam saatlarında hava belə olacaq
Bu gün axşam saatlarında ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən GunAz.az -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında axşam saatlarında hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu 12-14 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında axşam saatlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu 14-16, dağlarda 5-7 dərəcə isti təşkil edəcək.
скачать dle 12.1
Geri qayıt