Məktəblərdə Müəllimlər Günü ilə bağlı pul yığılır?

Məktəblərdə Müəllimlər Günü ilə bağlı pul yığılır?
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) məktəblərdə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ilə bağlı pul yığılmasına dair şikayət daxil olmayıb.

GunAz.az Report-a istinadən xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib. 

"BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı anonim olmadan İdarənin (012) 599-12-22 nömrəli telefonuna və ya Təhsil Nazirliyinin 146 saylı “Qaynar xətt” xidmətinə müraciət edilməsi tövsiyə olunur", - İdarədən qeyd olunub.

скачать dle 12.1
Geri qayıt