Əliheydər Zülfüqarova yüksək vəzifə verilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Əliheydər Zülfüqarov Azərbaycan Respublikası Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinə baş məsləhətçi vəzifəsinə təyin edilib.
GunAz.az axar.az -a istinadən xəbər verir ki, bu barədə məlumatı qurumun sədr müavini Gündüz İsmayılov deyib.
O bildirib ki, Əliheydər Zülfüqarov artıq bir aydır bu vəzifəni icra edir.