Ermənistan ordusu Qarabağda itki verdi

Ermənistan ordusu tərəfindən işğal edilmiş Azərbaycanın ərazilərində daha bir erməni hərbi qulluqçusuölüb.
GunAz.az xəbər verir ki, hadisə sentyabrın 26-da saat 20:10 radələrində baş verib.
Hərbi qulluqçu Ağasi Mkrtçyan (1999-cu il) təmas xəttinin şimal istiqamətində aldığı güllə yarasından həyatını itirib.
Hadisənin səbəbləri barədə məlumat verilməyib.