Sürücülərin NƏZƏRİNƏ: Bu yollar bağlanır
Sentyabrın 15-də dövlət tədbiri ilə əlaqədar Bakının bəzi ərazilərində avtomobillərin və vətəndaşların hərəkətinə məhdudiyyət tərbiq olunacaq.
DİN-dən GunAz.az-a verilən məlumata görə, Parlament prospekti, Şəhidlər Xiyabanı, Neftçilər prospekti, Azadlıq meydanı və bura yaxın ərazilərdə dövlət tədbirləri başa çatanadək hərəkət məhdudlaşdırılacaq.