Hava ilə bağlı XƏBƏRDARLIQ

Hava ilə bağlı XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

Milli Hidrometeorologiya Departamentindən GunAz.az-a verilən məlumata görə, Abşeron yarımadasında sentyabrın 08-09-da şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Sentyabrın 09-da gün ərzində əsasən şimal və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Qərb küləyi sentyabrın 08-09-da ayrı-ayrı yerlərdə arabir güclənəcək.

скачать dle 12.1
Geri qayıt