Yunus Oğuzun aparıcısı olduğu "Yaddaş" verilişi artıq "YouTube"da
Yazıçı - publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun aparıcısı olduğu və Mədəniyyət kanalında, o cümlədən Azərbaycan televiziyasında ayda 2 dəfə efirə çıxan və 2 dəfə təkrarı verilən "Yaddaş" verilişinin buraxılışlarını artıq Olaylar.az -ın "YouTube" kanalında izləyə bilərsiniz.
Verilişdə tarixi yaddaşımızın bütün səhifələrinə səyahət edilir, alimlərin, ziyalıların fikirləri dinlənilir.Verilişin rejissoru Mehriban Ələkbərzadə, ssenari müəllifi Sadıq Elcandır.