Sürücülərin NƏZƏRİNƏ

Sürücülərin NƏZƏRİNƏ
Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunda rənglənmə işləri davam edir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən GunAz.az -a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 28-45 km-lik hissəsində bu gün üfiqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılır. İşlər axşam saatlarına qədər yekunlaşdırılacaq.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

скачать dle 12.1
Geri qayıt