Təhsil Nazirliyində yeni təyinat

Təhsil Nazirliyində yeni təyinat
Təhsil Nazirliyinin 7 saylı Ərazi Hesablaşma Mərkəzinə yeni rəis təyin edilib.

GunAz.az-ın məlumatına görə, bununla bağlı təhsil naziri Ceyhun Bayramov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, Vüqar Yusif oğlu Muradov 7 saylı Ərazi Hesablaşma Mərkəzinə yeni rəis təyin olunub. 

Qeyd edək ki, Təhsil Nazirliyinin 7 saylı Ərazi Hesablaşma Mərkəzi Şəmkir rayonunda yerləşir. 

Xatırladaq ki, V.Muradov 2005-ci ildən 2018-ci ilə kimi Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatında sektor müdiri, baş mühasib vəzifəsində çalışıb.

скачать dle 12.1
Geri qayıt