Prezident təqaüdçülərinin sayı açıqlandı
Azərbaycanda Prezident təqaüdü alan şəxslərin sayı məlum olub.
GunAz.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunmuş müxtəlif kateqoriyadan olan şəxslərin sayı 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,3 faiz artaraq 62,5 min nəfər olub.