Bakıda son 120 ilin rekord istisi qeydə alındı

Bakıda son 120 ilin rekord istisi qeydə alındı

Son 120 ildə rekord isti qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata əsasən, nazirliyin Milli Hidrometeorologiya Departamentinin Milli Proqnozlar Bürosunun məlumatına görə, 1 iyul 2018-ci il tarixində Bakıda və Abşeron yarmadasında bütün instrumental müşahidə dövrü ərzində (120 il) rekord temperatur göstəricisi qeydə alınıb - 43-44 dərəcə.

Bundan əvvəl rekord göstərici Bakı üçün 2017-ci ilin avqust ayında müşahidə edilib - 41, 6 dərəcə. Bu gün qeyd olunan temperatur həm iyul ayı üçün, həm də bütün yay mövsümü üçün rekord temperaturdur.

скачать dle 12.1
Geri qayıt