Yeni gömrük-buraxılış məntəqəsi tikiləcək

Yeni gömrük-buraxılış məntəqəsi tikiləcək
Rusiya ilə sərhəddə yerləşən Xaçmaz Gömrük İdarəsinin "Xanoba" gömrük-keçid məntəqəsinin fəaliyyəti genişləndiriləcək.
Gunaz.Az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəsinin rəisi Azər Abasov deyib.

İdarə rəisi qeyd edib ki, mövcud gömrük-keçid məntəqəsi qalmaq şərti ilə onun yanında yeni gömrük buraxılış məntəqəsi tikiləcək: "Bu məntəqədə bir tərəfin yoxlayacağı nəqliyyat vasitələri qarşı tərəfdə yoxlanılmayacaq".

A.Abasov qeyd edib ki, artıq məsələ ilə bağlı komissiya yaradılıb və işlər aparılır.
скачать dle 12.1
Geri qayıt