Bakı metrosuna yeni mətbuat katibi təyin olundu

Bakı metrosuna yeni mətbuat katibi təyin olundu

“Bakı Metropoliteni” QSC-yə yeni mətbuat katibi təyin edilib.

Bəxtiyar Məmmədov “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi olub.

Bu barədə əvvəlki mətbuat katibi Nəsimi Paşayev sosial şəbəkədə məlumat verib.

“Çox söz yazmayacam. Mən metroya gələndə beş ildi ki, orada idi. 4 il 3 ay bərabər işləmişik. Metronu məndən daha yaxşı bilir. Ən yaxşı köməkçim idi. 2017-ci ilin yanvarından şöbə rəisinin müavini idi. Yəni işi yaxşı bilir.

Sadəcə, ilk başda bir az çətin olacaq. Sədrin mətbuata və ictimaiyyətə münasibəti dəyişməyib. Deməli əlaqələr, operativlik əvvəlki qaydada olacaq. Sadəcə, nəbzi tutmaq, vərdiş, risk və sair kriteriyaları nəzərə alın. İnanıram ki, münasibətlər daha da yaxşı olacaq. Hər kəsə uğurlar!”

 

 

скачать dle 12.1
Geri qayıt