Əbülfəs Qarayev Salyanda vətəndaşları qəbul edəcək
Mədəniyyət naziri Əbülfəs Qarayev mayın 25-də Salyanda vətəndaşları qəbul edəcək.
Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Gunaz.az-a verilən məlumata görə, qəbulda Biləsuvar, Neftçala, Salyan və Cəbrayıl rayonlarından olan vətəndaşlar iştirak edəcək.
Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.