Qarsda Azərbaycan-Türkiyə təlimi keçiriləcək

Qarsda Azərbaycan-Türkiyə təlimi keçiriləcək

Qarsda Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə taktiki təlimi keçiriləcək.

Gunaz.az xəbər verir ki, Bu barədə “AzeriDefence”nin “Efes-2018” təlimində iştirak etmiş əməkdaşına Türkiyə Silahlı Qüvvələrindən məlumat verilib.

May ayının 29-dan 31-dək davam edəcək döyüş atışlı təlimdə hər iki tərəfdən tabor səviyyəsində qüvvələr iştirak edəcək. Təlimə Azərbaycandan Naxçıvan Əlahiddə Ümumqoşun Orduunun qüvvələri qatılacaq. Qeyd edək ki, 2012-ci ildən başlayaraq hər il Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimləri keçirilir. Tabor səviyyəsində bundan əvvəlki təlim Bakıda və Naxçıvan Muxtar Respublikasında keçirilib.

скачать dle 12.1
Geri qayıt