Yeni nazir vəzifəli şəxsləri işdən çıxardı
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qurumda yeni islahatlar həyata keçirib.
Gunaz.az Mia.az-a istinadən xəbər verir ki, nazirliyin aparat rəhbəri Əjdər Cəbiyev, Daxili nəzarət şöbəsinin müdiri Soltan Hacıyev, Kadr və kadr hazırlığı şöbəsinin müdiri Qurbanəli Əsədov və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev işdən çıxarılıb.